Ölkə

Azərbaycanın bəhs etdiyi kəndlərə iddia etmirik - Paşinyan

31 Mart 2024 01:45
Baxış: 1 298
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çox açıq şəkildə, xüsusən də Azərbaycanın yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün səbəblər axtardığı bizə aydın olan bir şəraitdə qeyd etmək vacibdir ki, Ermənistan hökumətinin Tavuş rayonunun 4 kəndi ilə bağlı heç vaxt ambisiyaları olmayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Artaşat şəhərində partiyadaşları ilə görüşdə danışıb.

"Biz heç vaxt bu kəndlərə iddia etməmişik. Siyasi mövqeyimiz isə belədir: biz ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ərazilərə, o cümlədən Azərbaycanın bəhs etdiyi bu kəndlərə iddia etmirik", - siyasətçi vurğulayıb.

O bildirib ki, Qızıl Hacılı hazırda 100% Azərbaycanın nəzarətindədir.

Paşinyan qeyd edib ki, hökuməti üçün Ermənistan sərhədinin harada olduğunu vurğulamaq çox vacibdir və ümid edir ki, Azərbaycan da bu istiqamətdə addım atacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.