Ölkə

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

28 Mart 2024 09:32
Baxış: 2 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 000 meqavat dəyərləndirilir.

Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyib ki, ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə potensialın olması və enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini azalda bilər.

"İnkişaf etmiş ölkələrdə ailələr alternativ enerji mənbələrindən enerji istehsal edərək öz istehlakını təmin edirlər. Hətta bir sıra hallarda əldə edilən enerjinin uyğun dövlət qurumuna satılması təcrübəsi də var", - deyə deputat vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.