Ölkə

"Onlayn papaq" atanlara DİN-dən XƏBƏRDARLIQ

21 Mart 2024 08:37
Baxış: 2 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov sosial şəbəkə hesabında yazıb.

"Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan "papaqatdı" virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart məlumatlarınızı məxfi saxlayın", - o qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.