Hazırda paytaxtın mərkəzi küçə və prospektləri də daxil olmaqla, Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda yollarda sıxlıq müşahidə olunmur.
Bu barədə Milli.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Gücləndirilmiş iş rejimində çalışan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları müşahidə kameraları vasitəsi ilə yollardakı vəziyyəti nəzarət altında saxlayırlar.
Yol-nəqliyyat hadisələri və texniki nasaz nəqliyyat vasitələrinin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlər görüləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun