Ölkə

Binədə 44 yaşlı kişi yol qəzasında ağır xəsarətlər alıb

17 Mart 2024 01:53
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayonunda 44 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Mustafayev Bəşir Əmiraslan oğlu idarə etdiyi velosipedlə minik avtomobilinə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma, baş-beyinin ağır dərəcəli əzilməsi diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır .

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.