Ölkə

Dolları olanların DİQQƏTİNƏ: Nə baş verir? - VİDEO

10 Mart 2024 11:27
Baxış: 1 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdən sonra dollar üzrə faiz dərəcəsi aşağı salına bilər. ABŞ Federal Ehtiyat Sisteminin Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildə baza faiz dərəcəsini endirəcəyi ilə bağlı xəbərlər yayılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, FED baza dərəcəsini 5,25-5,5 səviyyəsində saxlayıb.

Onun sözlərinə görə, ABŞ-da inflyasiyanın davamlı şəkildə azalması müşahidə edilir.Əgər proses belə davam etsə, il ərzində uçot dərəcəsinin enidirlməsinə şərait yaranacaq.

Ekspert deyir ki, uçot dərəcəsinin çox yüksək olması Amerika iqtisadiyyatının müəyyən sahələrində durğunluğa səbəb olur.Xalid Kərimli qeyd edib ki FED faiz dərəcəsini azaltamağa qərar versə, bu dolları dünya bazarında ucuzlaşdıracaq.

O, əlavə edib ki dollar ucuzlaşsa bu manatın məzənnəsinə ciddi təsir etməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.