Ölkə

Rauf Hüseynova yüksək vəzifə verildi

27 Fevral 2024 11:45
Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rauf Hüseynov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov əmr imzalayıb.

O, son təyinatadək "AzərTürkBank" ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.

Qeyd edək ki, R. Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan "Azərbaycan Sənaye Korporasiyası" ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri vəzifəsində işləyib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.