Tacikistan Nümayəndələr Palatasının sədri: Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi mühüm hadisədir - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli.Az report-a istinadən xəbər verir ki, Sahibə Qafarova Azərbaycanla Tacikistan arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini söyləyib. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib.
Görüşdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin mühüm əhəmiyyəti vurğulanaraq, hər iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qrupları çərçivəsində əməkdaşlığın vacibliyi qeyd edilib.
Sahibə Qafarova ilk dəfə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə keçirilmiş növbədənkənar prezident seçkilərində Tacikistan deputatlarının müşahidəçi qismində iştirakını yüksək dəyərləndirib. Söhbətdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazilərini Ermənistanın işğalından azad etdiyini, ötən ilin sentyabrında isə lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini diqqətə çatdırıb. O, işğaldan azad edilmiş ərazilərdə hazırda geniş quruculuq işlərinin həyata keçirildiyini, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını diqqətə çatdırıb.
Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Mahmadtoir Zokirzoda növbədənkənar prezident seçkiləri münasibətilə təbriklərini çatdırıb.
Qonaq ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial imkanların olduğunu deyib. M.Zokirzoda qanunverici orqanlar arasında əməkdaşlığın inkişafının və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu qeyd edib. O, Azərbaycanın Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasına ev sahibliyini yüksək qiymətləndirərək, qurum çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
M.Zokirzoda Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin etməsini mühüm hadisə adlandırıb.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
XƏBƏR LENTİ
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı





