Ölkə

İşğal dövründə dağıdılan su anbarlarının sayı açıqlandı

21 Fevral 2024 10:44
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın su infrastrukturuna ciddi ziyan vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri Çingiz Abdullayev "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrasda çıxışı zamanı deyib.

"30 il ərzində 10 su anbarı, 1200 km suvarma kanalları dağıdılıb. Ermənistan tərəfindən su hövzələri çirkləndirilib, su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edilib. Sərsəng su anbarından kortəbii və siyasi təzyiq vasitəsi kimi istifafə edilib.

Su anbarlarından Tərtərçaya çox az su buraxılıb. Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, işğalçı dövlət buna məhəl qoymamışdı. Artıq işğaldan azad edilən ərazilərdə su infrastruktunun bərpası istiqamətində işlər görülür", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.