Ölkə

Hər zaman olduğu kimi Azərbaycan heç kəsə tərəf əyilmədi, əksinə ona tərəf əyildilər

17 Fevral 2024 14:56
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Münxen Təhlükəsizlik Konfransı ərəfəsində Qərbin ayrı-ayrı ölkələri və təsisatları tərəfindən Azərbaycana təzyiqlər, hətta sanksiyaların edilməsi ilə bağlı çağırışlar var idi.

Bu barədə Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, sonraki hadisələr onu göstərdi ki, hər zaman olduğu kimi Azərbaycan heç kəsə tərəf əyilmədi, əksinə Azərbaycana tərəf əyildilər.

"Nəticəni də gördük ki, onlar Prezident İlham Əliyevi israrla Münxenə dəvət etdilər. Münxendə səfər zamanı baş tutan intensiv görüşlər ondan xəbər verir ki, hazırki geosiyasi hadisələr fonunda, hardaki müəyyən ölkələrdə müharibələr gedir və bu müharibələr dünyanın güc balansının dəyişilməsi istiqamətində əsaslanır, belə olan təqdirdə ağlı başında olan şəxs Azərbaycanın vacibliyini dərk edər. Biz bunu artıq nümunələrlə görürük. Məhz Bakının bundan sonra istəkləri bir-bir həyata keçirləcəkdir. Başa düşəcəklər ki, Azərbaycan və Türkiyə açar ölkədir.

Eyni zamanda Münxendə əsas istiqamətlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosessidir. Fransanın son zamanlar apardığı ikili standartlar və ədalətsiz siyasət fonunda Almaniya öz mövqeyini gücləndirdi və Azərbaycanın Avropa İttifaqından uzaqlaşmaması üçün dialoqunu görürük. Bu əslində Fransanın beş addım geri çəkilməsi kimi başa düşülə bilər", - deyə o,əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.