Ölkə

Cəbrayılda “Şəfəq” günəş elektrik stansiyası 2025-ci ilin sonunadək tikiləcək

15 Fevral 2024 21:09
Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəbrayıl rayonunda tikiləcək "Şəfəq" (Sunrise) günəş elektrik stansiyasının tikinti layihəsi 2025-ci ilin sonunadək həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" adlı Forumda deyib.

Onun sözlərinə görə, 240 MVt gücündə olan elektrik stansiyasının tikintisi layihəsi SOCAR, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və BP ilə birlikdə həyata keçiriləcək.

Vitse-prezident onu da qeyd edib ki, "Şəfəq" stansiyasında istehsal olunan elektrik enerjisi ilə Səngəçal terminalı təmin ediləcək və nəticədə ildə 260-330 min ton miqdarında karbon dioksid (CO2) ekvivalentində emissiyasının azaldılmasına imkan yaradacaq.

Xatırladaq ki, ötün ilin sentyabrında SOCAR, BP və AİŞ arasında Qoşulma Sazişi imzalanıb. Bu sənəd SOCAR-ın və AİŞ-in "Şəfəq" layihəsinə daxil olmaq niyyətini əks etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.