Ermənistan revanş götürmək istəyir: böyük geopolitik müharibə axtarışındadır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın ölkəmizə qarşı hərbi-siyasi təxribat törətməsi, snayperlərin və terrorçu qruplaşmaların bölgəyə toplaşması onu göstərir ki, düşmənlərimiz planlı, hazırlıqlı şəkildə prosesi icra edir.
Milli.Az bildirir ki, bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Avropa İttifaqının "mülki missiyasının" olduğu bölgədə hərbi insidentin baş verməsi də təsadüfi deyil.
"Çünki uzun müddət ərzində Avropa İttifaqının nümayəndələrinin "binokl diplomatiyası" ilə məşğul olması və sülhə töhfə verən heç bir addım atmaması müşahidə olunurdu. Hərbi kampaniyanın icrasına qədər ardıcıl və sistematik baş verən hadisələr də göstərir ki, Ermənistan revanş götürmək istəyir. Böyük geopolitik müharibə axtarışındadır. Xüsusilə vurğulamaq lazımdır, Fransa və Hindistan texnikalarının əldə olunması ilə yanaşı, Ermınistan parlamentinin təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini də bildirir ki, digər qabaqcıl hərbi sənaye ölkələri ilə də razılıqlar əldə olunub. Ardınca Ermənistanın baş naziri Nikol Paşinyan "The Telegraph" nəşrinə müsahibəsində də sərt ritorikadan əl çəkmir. Və nəticədə hərbi təxribat baş verir, Azərbaycan hərbçisi yaralanır.
Ermənistanın arxasında duran, ona hərbi, iqtisadi, siyasi dəstək göstərən qüvvələr də bilməlidir ki, Azərbaycan güclü dövlətdir. Ərazi bütövlüyünü, suverenliyini təmin edib. Digər tərəfdən təhlükəsizliyə təhdid törədən bütün elementlər zərərsizləşdiriləcək",- deyə o, qeyd edib.
Qeyd edək ki, dünən Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
XƏBƏR LENTİ
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)





