Ölkə

Dubay və Təbrizdəki səsvermədə vətəndaşlarımız yüksək fəallıq göstərirlər - FOTO

7 Fevral 2024 17:32
Baxış: 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaradılmış seçki məntəqəsində fevralın 7-də yerli vaxtla səhər saat 08:00-da səsvermə prosesinə start verilib.

Azərbaycanın Dubaydakı baş konsulluğundan Milli.Az-a bildirilib ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.

Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə iclası keçirilib.

Baş konsulluqda fəaliyyət göstərən 16 saylı Yasamal ikinci seçki dairəsinin 56 saylı məntəqə seçki komissiyası konsulluğun qeydiyyatında olan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işləri görüb, diplomatik nümayəndəliyin rəsmi saytında və sosial şəbəkə hesablarında müvafiq paylaşımlar edilib, habelə Dubayda səfərdə olan vətəndaşlarımızın da səsvermədə iştirakı üçün müvafiq şərait yaradılıb.

İranın Təbriz şəhərində fəaliyyət göstərən məntəqə seçki komissiyasında da Azərbaycan vətəndaşlarının öz Konstitusiya hüquqlarından istifadə etməsi üçün bütün zəruri tədbirlər görülüb. Fevralın 7-də yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqəsində Təbrizdə yaşayan və ya müvəqqəti ezamiyyətdə olan vətəndaşlarımızın yüksək fəallığı qeydə alınıb.

Hər iki şəhərdə səsvermə prosesi davam edir.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.