Ölkə

Azərbaycanda daha bir uşaq qızılcadan vəfat etdi

5 Fevral 2024 21:42
Baxış: 1 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Yusif İsmayılov yüksək hərarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı azyaşlının qızılcaya yoluxduğu məlum olub. Uşaq reanimasiya şöbəsində koma vəziyyətinə düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlı ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşaq həm də serebral iflic olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.