Ölkə

Yəmən mətbuatında Prezident seçkiləri haqqında analitik məqalə dərc olunub

3 Fevral 2024 14:43
Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəmənin ANN informasiya agentliyinin saytında fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri haqqında analitik məqalə dərc olunub.

Milli.Az Secki-2024.az-a istinadən xəbər verir ki, məqalədə oxucuların diqqətinə çatdırılır ki, növbədənkənar Prezident seçkiləri Azərbaycan Ordusunun 2020-ci ildə başlatdığı 44 günlük Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin və ərazi bütövlüyü tam təmin edildiyi şəraitdə baş tutacaq.

"2023-cü il sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı bütün erməni separatçılarını təslim olmağa məcbur etdi və 30 illik işğaldan sonra Xankəndidə Azərbaycanın üçrəngli Bayrağı dalğalandı. Bununla da Cənubi Qafqaz regionunda yaranmış yeni siyasi reallıq daha da möhkəmləndi", -deyə yazıda qeyd olunur.

Məqalədə diqqətə çatdırılır ki, seçkilərdə 7 nəfər prezidentlik uğrunda mübarizə aparacaq.

Yazıda vurğulanır ki, növbədənkənar Prezident seçkilərində qalib gələcək namizədin qarşıdakı dövrə Azərbaycanın davamlı inkişafına, müdafiə qabiliyyətinin daha da artırılmasına, xalqın milli birliyinin möhkəmləndirilməsinə əsaslanan yeni milli doktrina ilə başlayacağı gözlənilir.

Məqalədə, həmçinin növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın xarici ölkələrdə, o cümlədən ərəb dövlətlərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə seçki məntəqələrinin yaradılması barədə də məlumat verilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.