Ölkə

İdmançıların döydüyü Həsən Əzizovdan AÇIQLAMA: “Gətirdiyim qızın nömrəsini istəyirdilər” - VİDEO

2 Fevral 2024 21:44
Baxış: 6 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov açıqlama verib.

Milli.Az xəbər verir ki, bakupost TV-yə danışan H.Əzizov indiyədək dəfələrlə hücuma məruz qaldığını, hətta ona qarşı silah işlədilsə belə, şikayətçi olmadığını bildirib.

O, adı çəkilən idmançılar tərəfindən döyülməsinin isə bir qədər fərqli hadisə olduğunu deyib.

Döyülməsi ilə bağlı açıqlama verən H.Əzizov hadisədən əvvəl Ruslan Əfəndiyevin ondan Ukraynadan yarışa gətirdiyi və məşqçisi olduğu Nastya adlı idmançının telefon nömrəsini istədiyini bildirib. Həsən səbəbini soruşub və heç bir köməyə ehtiyacları olmadığını bildirib.

Onun sözlərinə görə, baş verən hadisə zamanı ona ilk zərbəni Tofiq Musayev endirib:

"Altı-yeddi nəfər idilər. Tofiq məni vurandan sonra üstümə tökülüşdülər. Mən zərbələrdən qorunmaq üçün üzümü tutdum. Dedim, səhv edirsiniz, bu kişi hərəkəti deyil. Ancaq məhəl qoymadılar. Bütün göstərişləri Ruslan verirdi. Uzadın, qaldırın, vurun deyirdi. Gah da onlar tuturdular, Ruslan vururdu. Pulqabımı, telefonumu aldılar, kəmərimi açdılar. Məni yerə yıxıb sürüdülər".
Qeyd edək ki, Həzən Əzizov tanınmış idmançıdır. O, eyni zamanda Azərbaycanın Ukraynadakı diasporunun fəal üzvüdür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.