Ölkə

AŞPA-nın qərarlarının xüsusi bir əhəmiyyəti yoxdur - ŞƏRH

26 Yanvar 2024 22:55
Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərarı münasibətlərin pozulmasını göstərir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.

O bildirib ki, ölkəmizə qarşı tətbiq olunan qərar xoş hal deyil.

"Lakin AŞPA-nın qərarlarının da xüsusi bir əhəmiyyəti yoxdur. Bu qurumun qərarları daha çox tövsiyə, məşvərət xarakteri daşıyır. AŞPA Avropa İttifaqının icraedici və qanunverici mexanizmi deyil. Bu qərar ölkəmiz üçün xüsusi əhəmiyyət daşımaya bilər. AŞPA Qərbdə çox vaxt keçmiş dövlət xadimlərinin və digərlərinin yığışıb müzakirə apardığı elit klubu xatırladır. Amma son dövrlər baş verən hadisələr kompleks şəkildə baxdıqda bu çox ciddi addımdır. Azərbaycanla Avropa İttifaqının qırılması həddinə gəlib çıxıb", - deyə o, əlavə edib.

Ekspertin sözlərinə görə, paralel olaraq Avropa Şurası açıqlama verib ki, guya Azərbaycan Ermənistan ərazisini işğal etmək istəyir.

"Bu onu deməyə əsas verir ki, Avropa İttifaqı sanki Azərbaycana qarşı ümumtəzyiq mexanizmi kimi bu prosesi başladıb. Bundan başqa, Fransanın ölkəmizə qarşı təklif etdiyi sanksiya məsələlərinə qoşulmağa çağırması təhlükəli haldır. Burda da oxşar bir nüans görürük. Son vaxtlar baş verənlər Qərbin Azərbaycana qarşı total hücumu kimi görünür.

Avropa İttifaqı bu təzyiqləri etməkdə iki nüans ola bilər. Birincisi Avropa Azərbaycanla Ermənistan arasında sürətli sülhün tərəfdarıdırlar. Onla istəyirlər ki, tez bir zamanda sülh müqavilsəi imzalansın. Azərbaycan bir sıra müqavilədə kompromislərə getsin. Bunun nəticəsində onlar Cənubi Qafqazda möhkəmlənə bilsinlər. İkinci məsələ isə Qərb istəyir ki, Azərbaycan Rusiyadan uzaqlaşsın və İranla münasibətlərini dayandırsın. Daha çox Qərbə yaxınlaşsın", - deyə o, qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.