Ölkə

İcma: “Ermənidən çox erməni olmaq” istehza doğurur

24 Yanvar 2024 13:54
Baxış: 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

İcmadan Milli.Az-a daxil olan bəyanatda deyilir:

"Avropa İttifaqının 2024-cü ildə BMT-də prioritetləri ilə bağlı qəbul etdiyi sənəddə "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi" ifadəsinin yer alması, Qarabağ ermənilərinin qayıdışı məsələsinin qabardılması, Qərbi azərbaycanlıların isə öz dədə-baba yurdlarına qayıdış hüququna toxunulmaması bir daha Avropa İttifaqının ikili standartların əsiri olmasını, məsələlərə etnik və dini simpatiya prizmasından yanaşmasını nümayiş etdirir.

"Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi" narrativi artıq heç Ermənistanın özü tərəfindən belə səsləndirilmir və bu mənada, Azərbaycan-Ermənistan məsələlərinə Fransanın gözü ilə baxan Avropa İttifaqının "ermənidən çox erməni olmaq" siyasəti istehza doğurur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.