Ölkə

Balakəndə naməlum qəbirlər aşkarlandı - FOTO

21 Yanvar 2024 14:50
Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə çay sahilində onlarla qəbir aşkarlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, qəbirlər rayonun Katex kəndində, Katex çayının sağ sahilində kənd sakinləri tərəfindən aşkar olunub.

Sakinlərin sözlərinə görə, çayda suyun artması nəticəsində məcranın dəyişməsi bu qəbirləri aşkara çıxarıb. Ərazidə təxminən 50-60 qəbrin olduğu bildirilir. Güman edilir ki, qəbirlərdəki insanlar ötən əsrin iyirminci illərindən sonra İosif Stalinin dövründə repressiyaya məruz qalaraq məhbus həyatı yaşayıblar. Ölən insanlar isə bu ərazidə dəfn ediliblər.

Tarixçi Akif Məmmədli "Report"un yerli bürosuna bildirib ki, qəbirlərin aşkar olunduğu ərazi arasdırılmalıdır:

"Sakinlərin də dediyi kimi, burada dəfn olunan insanların represiya qurbanları olduğu ehtimal olunur. Düşünürəm ki, Katex çayının sağ sahilində arxeoloji qazıntılara ehtiyac var. Bu ərazi tariximizin izlərindən xəbər verir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.