20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun