Ölkə

Marektlərdə qiymət ANLAŞILMAZLIĞI - Alıcılar buna diqqət etməlidir

18 Yanvar 2024 23:40
Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İstehlakçılar tərəfindən bizə daxil olan şikayətlərin əksəriyyəti rəflərdəki qiymətlərlə kassadakı qiymətlərin fərqli olması ilə bağlıdır. Sübutlar olduğu təqdirdə biz bunu protokllaşdıraraq müvafiq addımlar atırıq".

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin müavini Elnur Bağırov ötən ilin yekunlarına dair jurnalistlər üçün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. Sədr müavini bildirib ki, ötən il ərzində protokollaşdırılan 83 haldan 40-ı məhz istehlakçıların aldadılması ilə bağlıdır. İstehlakçıların böyük hissəsi məhz bu yolla aldadılır. Bu səbəbdən də istehlakçılara tövsiyə edirik ki, rəf və kassada qiymət fərqi olarsa, əllərindəki sübutla dövlət xidmətinə müraciət etsinlər.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı danışan Marketinq üzrə ekspert Səfər Aslanov Referans.az-a açıqlamasında deyib ki, pərakəndə satış mağazalarında bu kimi problemlərin olması normaldır:

"Pərakəndə satış sektoru kifayət qədər dinamik yerlərdir. Bəzən elə nüanslar olur ki, məhsulun mağazanın ambarından çıxıb rəfə qoyulması zamanı onun üzərinə qiymət etiketinin vurulması bir qədər zaman ala bilir. Mağazanın işçiləri və ya mağaza müdiri o qiyməti təyin etmir. Qiyməti baş ofisdən təyin edirlər və sistemdə onu dəyişirlər. Ola bilər ki, ya market işçilərinin xəbər olmur, qiymətlərin dəyişdiyindən, ya da yeni qiymətləri rəfə yerləşdirmək üçün bir qədər gecikirlər. Bu marketlərin qazanc taktikası deyil".

Ekspert qeyd edib ki, bir sıra supermarketlər bunu öz daxili siyasəti kimi qəbul edib və müştəri onlarda malı hansı qiymətə görübsə, ən ucuzu hansıdırsa, həmin qiymətdən də alış-veriş edə biləcəyini bildirirlər. Onun sözlərinə görə, qiymət endirimi zamanı sadəcə məhsula deyil, onun çəkisinə də diqqət yetirmək lazımdır: "Alıcıların səhv etdiyi əsas nüanslardan biri də endirmə düşən malın sadəcə qiymətinə baxmasıdır. Amma əsas endirimə düşən məhsulun qramına diqqət yetirmək lazımdır. Məsəl üçün tutaq ki, məhsul endirimə düşüb və yazılıb ki, "7 manata yox, sadəcə 5 manata". Ona diqqətlə fikir versək, endirimə düşən malın endirim çekində məhsulun neçə qramlığının da endirimə düşdüyü yazılır. çünki orda həmin məhsulun hər qram üzrə olan çeşidləri var".

Səfər Aslanov əlavə edib ki, istehlakçını da günahlandırmaq düzgün deyil, çünki gün ərzində rəflərə yüzlərlə adam toxnur və bu zaman malların yeri dəyişir. Biz qiyməti və üzərindəki malı görürük. Alıcılar belə hallarla qarşılaşarsa, tam haklı şəkildə çeki gətirib məhsulu çekdəki qiymətə ala bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.