Ölkə

Polad Bülbüloğlu Avstraliyanın Rusiyadakı yeni səfiri ilə görüşüb - FOTO

17 Yanvar 2024 15:37
Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16 yanvar 2024-cü ildə Avstraliya İttifaqının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Con Uilyam Qirinq ilə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan səfiri Con Qirinqi yeni təyinatı münasibətilə təbrik edib və ona peşəkar uğurlar arzulayıb.

Görüş zamanı bir çox məsələlər, o cümlədən, Azərbaycan və Ermənistan arasında hazırkı qarşılıqlı münasibətlər müzakirə olunub. Səfir Qirinq başa çatmış Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyətlə maraqlanıb və Avstraliyanın daima Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

Polad Bülbüloğlu münaqişənin tarixi, Azərbaycan və Ermənistan arasında çoxillik və nəticəsiz danışıqlar prosesi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan zəfər, o cümlədən, 19 sentyabr 2023-cü il tarixində lokal xarakterli antiterror tədbirləri və nəticədə ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi barədə ətraflı danışıb. Səfir, həmçinin, post-münaqişə dövrü, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı restavrasiya və yenidənqurma işləri barədə məlumat verib.

Azərbaycanın səfiri Qarabağ regionunda yaşayan erməni sakinlərinin Azərbaycanın hüquqi və sosial-iqtisadi sahəsinə reinteqrasiyası prosesinə dair məlumatları təqdim edib. Azərbaycan diplomatı Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin yalnız hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulması ilə mümkün olduğuna xüsusi diqqət çəkib.

Görüşdə regionda nəqliyyat kommunikasiyası ilə bağlı məsələlər müzakirə olunub. Polad Bülbüloğlu Şimal-Cənub dəhlizinin inkişafı ilə bağlı hazırki vəziyyətdən danışıb, İran ərazisinsən keçəcək yolun inşasından xəbər verib və Bakının regionda bütün kommunikasiyaların maksimum tez zamanda bərpasının və açılmasının tərəfdarı olduğunu bildirib.

Səfir Con Qirinq ölkəmizi 2024-cü ildə COP29-a ev sahibliyi edəcəyi münasibətilə təbrik edib.

Söhbət səmimi və etimad mühitində keçib. Tərəflər ölkələr arasında gündəlikdə mövcud olan müxtəlif mövzuları müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Polad Bülbüloğlu həmkarına ziyarəti üçün təşəkkür edərək Azərbaycan və Avstraliya arasında dostluq və əməkdaşlığın inkişafının davam edəcəyini ümid etdiyini bildiirb.

Sonda səfir Con Uilyam Qirinqə Heydər Əliyev Fondu tərəfindən çap edilmiş "Qarabağ: işğaldan əvvəl və sonra" kitabı hədiyyə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.