Ölkə

Qripin ağır forması yayılıb? - VİDEO

16 Yanvar 2024 21:00
Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında qrip virusunun ağır variantının yayılması ilə bağlı xəbərlər paylaşılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövzuya münasibət bildirən infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda mövsümə uyğun olaraq bəzi respirator viruslar yayılma dönəmindədir.

Xüsusən də qrip virusu yayılmaqdadır. Lakin bu virususn ağır növü ilə bağlı heç bir qeydə alınma yoxdur. A qripi adlanan virus növü var ki, ona da yoluxanlara tək-tək rast gəlinir.

İnfeksionist Türkiyədə yayılan koronavirusun mutasiyaya uğramış JN.1 variantının artması məsələsinə də diqqət çəkib. Qeyd edib ki, orada virusun yayılması səbəbindən maskanın tövsiyə olunması mənfi hal deyil. Ümumiyyətlə, istənilən virusa qarşı qorunmaq yaxşı haldır. Lakin virusun bu növü Azərbaycanda yoxdur.

İnfeksionist tövsiyə edib ki, ümumi viruslara qarşı xüsusi risk qrupunda olan insanlar daha diqqətli olmalıdır. Azyaşlı uşaqlar, yaşlı insanlar və xorniki xəstəliyi olan şəxslərin insanların sıx olduğu yerlərdə tibbi maskadan istifadə etməsi daha məqsədəuyğundur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.