Ölkə

Bu gün Bakıda bu ərazilərdə qaz olmayacaq

16 Yanvar 2024 08:33
Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində qaz olmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz ölçü qovşağında quraşdırılmış mövcud daraldıcı qurğunun sərfiyyata uyğun yenisi ilə əvəzlənməsi səbəbindən "Sərdarov BMZ" ölçü qovşağından 16 yanvar 2024-cü il saat 11:00-dan 13:00-dək, həmçinin saat 11:00-dan etibarən Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonu üzrə M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin Ordubadi küçəsinin, I,II, III Mədən və Baksol yolu adlanan yaşayış ərazilərinin, Binəqədi şosesinin, eləcə də Xəzər rayonu üzrə Bolluq yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.