Ölkə

Bakının bu hissəsində "Hibrid Yaşıl Dəhliz" yaradılacaq

13 Yanvar 2024 19:52
Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hibrid Yaşıl Dəhlizlər"ə dəhlizlər çoxfunksiyalı olacaq. Burada təkcə yaşıllıq nəzərdə tutulmur, insanların piyada hərəkəti, velosiped zolaqları təşkil olunur. Bu dəhlizlər vasitəsilə nəqliyyat və mühəndis kommunikasiyalarının ötürülməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

"Hibrid Yaşıl Dəhlizlər"dən biri kimi Dənizkənarı Milli Parkdan "Port Baku" yerləşən ərazidən başlayaraq ADA universitetinin ərazisinə qədər uzanan bir dəhlizin yaradılması Baş planda nəzərdə tutulur. Bu dəhlizdə paytaxt sakinlərnin istirahətini, əyləncəsini təşkil edən çoxlu sayda funksiyalar nəzərdə tutulub. Həmçinin, oradan tramvay xəttinin keçirilməsi də planlaşdırılır. Digər istiqamətlər üzrə də "Hibrid Yaşıl Dəhlizlər"in yaradılması planlaşdırılır, xüsusilə magistral avtomobil yolları boyu belə dəhlizlər nəzərdə tutulur, - deyə sədr müavini əlavə edib.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.