Ölkə

Kasko sığorta hansı hallarda dəymiş zərəri qarşılamır? - VİDEO

13 Yanvar 2024 19:20
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilini kasko sığorta etdirənlərə bəzi hallarda sığorta təminatı verilməyə bilər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan sığorta eksperti Vüsal Bədəlov deyib ki, bu məsələ müvafiq qanunla tənzimlənir.

Qanun bəzi hallarda sığortaçıya dəymiş zərərin ödənilməməsi hüququnu verir.

Oxşar yanaşma daşınmaz əmlakın da könüllü sığortasında tətbiq edilir. Burada da mülk sahibi müqavilədə qeyd edilən bəzi hallarda sığorta pulu almaq hüququnu itirir.

Həmçinin kasko sığorta edilən avtomobilə hadisə zamanı dəyərinin 70%-dən çox zərər dəyərsə, daşınmaz əmlak isə hadisə zamanı təmirə yararsız vəziyyətə düşərsə, bu zaman sığorta şirkəti təminat məbləğini tam ödəməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.