Ölkə

Ətrafı zibilləyən şəxs barədə protokol tərtib edildi

26 Dekabr 2023 23:50
Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Abşeron rayonunun Xırdalan şəhərində ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsi faktı aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, rayon Polis İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı şəhər ərazisini təmir işləri görəndə yaranan məişət tullantıları ilə çirkləndirən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.