Ölkə

Təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri yaradılacaq - Tapşırıqlar verildi - FOTO

26 Dekabr 2023 14:20
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-ci il dekabrın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini, "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası"nın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin 24.09.2022-ci il tarixli 3488 nömrəli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı Komissiyanın növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclasda Komissiyanın "2024-cü il üzrə İş planı", "Təhlükə potensiallı obyektlər, eləcə də təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqlara, qurğulara və digər alət və vasitələrə dair müasir tələblərə uyğun ilkin qəbul edilməsi zəruri olan texniki reqlamentlərlə bağlı Tədbirlər Planı", "İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələr, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan Respublikasının ərazilərində mövcud problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı" müzakirə olunaraq təsdiq edilib.

İclasda, həmçinin, Komissiyanın Elektron Məlumat Bazasının (Portalının) formalaşdırılmasına, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan "Təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri"nin hazırlanmasına, təhlükə potensiallı obyektlərin istismarı sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə, habelə Komissiyanın üzvü olan dövlət orqanlarına (qurumlarına) fəaliyyət istiqamətlərinə aid təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.