Ölkə

Ölmüş şəxsin banka borcunu kim ödəməlidir?

25 Dekabr 2023 21:28
Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Banka va digər şəxslərə pul öhdəliyi olan borclu vəfat edibsə, vərəsələri onlara miras qalmış əmlak həddində borcu ödəməlidirlər".

Milli.Az xəbər verir ki, bunu News24.az-a vəkil Vamiq Şükürov deyib.

Vəkilin sözlərinə görə, kredit təşkilatları vəfat etmiş şəxsin kredit borcunun ödənilməsini onun ailə üzvlərindən tələb edə bilməz:

"Hər kəs özünə cavabdehdir. Borclu kredit borcuna görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit borcu ödənilmir və buna görə borclunun vərəsələrinə qarşı hər hansı tədbir görülə bilməz. Təbii ki, vəfat etmiş şəxsə zamin durmuş şəxslərdən də borc tələb oluna bilər. İpoteka kreditləri verilən zaman müştərilər adətən ölüm və ya işləmə qabiliyyətini itirmə hallarından sığorta olunur. Yaxud borcun ödənilməsinin təminatı qismində daşınmaz və ya danışar əmlak girov qoyulubsa, borcun ödənilməsi həmin əmlakların satılması hesabına həyata keçirilir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.