Ölkə

Azərbaycanda qadın sahibkarların sayı açıqlandı

13 Dekabr 2023 18:01
Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biznes və sahibkarlıq sahəsində bəzi istiqamətlərdə gender bərabərsizliyi olması faktdır.

Milli.Az xəbər verir ki, bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, Azərbaycanda genderbərabərliyi və qadın hüquqlarının qorunması çərçivəsində kifayət qədər addımlar atılıb.

"Qadınların gücləndirilməsi istiqamətində daima güclü addımlar atılır. Qadınların sahibkarlıq subyektləri yaratması istiqamətində müəyyən layihələr yaradılır",- deyə o bildirib.

B.Muradova həmçinin əlavə edib ki, Azərbaycanda 269320 nəfər qadın sahibkar var.

"Əlbəttə ötən illərə nisbətən yuxarıdır. Lakin qadınların cəmiyyətdəki yerinə və verdiyi töhfələrə baxsaq bu say kifayət qədər azdır. Tikinti sahəsində qadın sahibkarlara daha çox dəstək göstərməlidir ",- deyə o qeyd edib.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər" mövzusunda konfrans keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.