Ölkə

Hərbi xidmətdə olmayan şəxslərə çağırış vərəqələri gəlməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

11 Dekabr 2023 10:42
Baxış: 1 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə yaşı otuzdan yuxarı olan həqiqi hərbi xidmətdə olmayan Azərbaycan Respublikası vətəndaşlarına çağırış vərəqələri gəlməsi barədə xəbərlər yayılıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, qanunvericiliyə görə yaşı 18-dən 35-ə qədər olan Azərbaycan Respublikası vətəndaşları hərbi xidmət keçməlidirlər.

"Əgər əsgərliyə yararsızlar varsa, onlar hər üç ildən bir bildiriş alırlar və növbəti komisiyadan keçirlər. Yararsız olduğu halda növbəti dövr üçün möhlət verilir. Yararlı olduğu halda isə hərbi xidmətə göndərilir", - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.