Ölkə

Siyəzəndə pişiklərə işgəncə verdiyi iddia olunan qadının evindən oğurluq edilib? - VİDEO

6 Dekabr 2023 17:53
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siyəzəndə evdən oğurluq edilib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib  ki, Siyəzən şəhər sakini A.Hüseynova Siyəzən RPŞ-ə ərizə ilə müraciət edərək yaşadığı evdə saxladığı heyvanlarla (pişiklərlə) bağlı çəkiliş edən bir neçə nəfər xanımın onun evindən iki ədəd telefon, bir ədəd planşet, 240 manat pul, bir ədəd bank kartı və anasının şəxsiyyət vəsiqəsini oğurladığını bildirib.

Araşdırmalar zamanı Bakı şəhər sakinləri A.Əliyeva və A.Məmmədova izahatlarında evdən iki ədəd telefon, bir ədəd planşet və telefonun üzlüyünün içində olan bir ədəd bank kartını və bir ədəd şəxsiyyət vəsiqəsini götürmələrini etiraf ediblər.

Hazırda faktla bağlı Siyəzən RPŞ-də müvafiq araşdırmalar aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.