Ölkə

Aurelia Qriqoriu ölkəmizə səfər etdi - FOTO

5 Dekabr 2023 14:51
Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2008-2015-ci illərdə Moldova Respublikasının ombudsmanı, Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) müxbir üzvü, Moldova Respublikası Vəkillər Kollegiyasının beynəlxalq hüquqşünası, Moldova İctimai Palatasının sədri Aurelia Qriqoriu ölkəmizə səfər etmişdir.
Səfər çərçivəsində Magen David Groupun qərargahında qonaq olmuş və Milli Məclisin Deputatı, Magen David Groupun fəxri sədri Anatoliy Rafailov, Magen David Groupun direktoru, Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstovla görüşmüşdür. 

Onu da qeyd edək ki, Aurelia Qriqoriu 4 iyul 2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Azərbaycanlılara qarşı Xocalı soyqırımını törətməkdə günahlandırıb.

Azərbaycan xalqı dostlarını unutmur. 

Azərbaycan xalqının gücü onun eribarlı yoldaş olmağındadır. 

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.