Ölkə

DYP sürücülərə xəbərdarlıq etdi - VİDEO

2 Dekabr 2023 17:19
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son dövrlər avtomobillərin üzərinə müxtəlif xarakterli yazılar yazılır və ya şəkillər vurulur.

Milli.Az Xəzər Tv-yə istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə xəbərdarlıq edib.

Bildirilir ki, belə yazılar lüzumsuzdur və hərəkət zamanı qəza riski yaradır.

Xüsusi reklam lövhəli şirkət avtomobilləri istisna olmaqla, digər yazılar və fotoların maşınların arxa tərəfinə kustar üsulla vurulması sanki dəb halını alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elvin Hacıyev qeyd edib ki, bu hal vətəndaşlar tərəfindən də narazılıqla qarşılanır.

İdarəyə daxil olan müraciətlərin sayı da bunu təsdiq edir.

Onun sözlərinə görə, qanunvericilikdə bunun cəriməsi yoxdur, amma belə avtomobillər aşkar edildikdə sürücüdən o yazıları silmək tələb edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.