Ölkə

Bu şəxslərə verilən pul artırılacaq

29 Noyabr 2023 15:29
Baxış: 1 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, hazırda Maliyyə Nazirliyi bu məsələnin üzərində işləyir.

"Biz də istəyirik ki, verilən pul tezliklə artsın. Bu məsələ mütləq həll olunacaq", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.