Ölkə

İcma: Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını hələ də ört-basdır edir

28 Noyabr 2023 17:57
Baxış: 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycan tərəfindən Ermənistanın 31 kəndinin tamamilə və ya qismən işğal edilməsi barədə absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyir.

Bu barədə İcmanın bəyanatında qeyd edilir.

Bildirilib ki, Ermənistan belə bir əsassız iddia ortaya atmaqla bir daha Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir:

"Ermənistan bununla, həm də hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır.

Ermənistan rəsmiləri qayıdışla bağlı gəlişigözəl sözlər demək əvəzinə real addım ataraq bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.