Ölkə

Bakıda iki sürücü tıxacdan “xilas olmaq” üçün piyadaların həyatını təhlükəyə atdı - VİDEO

25 Noyabr 2023 12:53
Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda iki sürücü tıxacdan "xilas olmaq" üçün avtomobillərini səkinin üzərində hərəkət etdiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Video Binəqədi yolunda qeydə alınıb.

Belə ki, tıxac səbəbindən əvvəlcə 90-AU-070 dövlət nömrə nişanlı "Toyota RAV4" markalı, daha sonra isə 10-AZ-485 dövlət nömrə nişanlı "Lexus 570" markalı avtomobil səkinin üzərində hərəkət ediblər.

Sürücülərin bu məsuliyyətsizliyi piyadalar üçün təhlükəli anlara səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.