Virtual kazinolar: “Qumar oyununa qoşulan da məsuliyyətə cəlb oluna bilər” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar onlayn fəaliyyət göstərən kazino reklamları sosial şəbəkələrdə yayımlanır. Oyunlara müxtəlif cəlbedici adlar verilib, əlaqə vasitələri də təqdim olunub.
Bu reklamlar bir çoxları tərəfindən narahatlıqla qarşılanıb. Belə dələduzluq oyunlarının tələsinə düşməkdən ehtiyat etdiklərini vurğulayıblar.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, qumar oyunlarının təşkili və keçirilməsinə görə şəxs cinayət məsuliyyətinə cəlb olunur. Məcəllənin 244-1-ci maddəsində "qumar oyunu" dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, virtual dələduzluq halları yolverilməzdir:
"Qumar oyunu ölkədə qadağa olunub. Həmin oyunların virtual şəbəkə üzərindən həyata keçirilməsi yolverilməzdir. Həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar".
Hüquqşünas oyunlarda cəlbedici adlardan istifadə olunduğunu qeyd edib:
"Çox təəssüf ki, bu cür oyunlar virtual şəbəkə üzərində həyata keçirilməyə başlayıb. Sırf toplumu cəlb etmək üçün cəlbedici adlardan istifadə edirlər. Vətəndaşlarımız da aldanıb, qurbana çevrilirlər.
Virtual dələduzluq oyunlarının serverləri, adətən, başqa ölkələr olur. Şəbəkə üzərindən azərbaycanlıları da dəvət edirlər. Vətəndaşlar diqqətli olmalıdırlar. İnsanlar bu oyunlarla varlanacaqlarını güman edirlər. Bu, fantastikadır. Heç kəs bir gecədə varlana bilməz. Dələduzlar insanların hisslərindən sui-istifadə edirlər".
Ə.Nuriyev əlavə edib ki, dələduzluq edən həmin şəxslər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə məsuliyyətə cəlb oluna bilərlər:
"Virtual dələduzluq edən şəxslər barəsində cinayət işi açılır. Dələduzları, həmçinin, yüksək məbləğdə cərimə də gözləyir. Tora düşüb virtual qumar oyununda iştirak edən şəxslər də məsuliyyətə cəlb olunmalıdırlar, çünki hüquqa zidd olan əməldir".
"İnsanlara müvafiq çağırışlar etməli, maarifləndirmə işini gücləndirməliyik. Qurbana çevrilməmişdən öncə qurumlara müraciət olunmalıdır", - deyə Ə.Nuriyev əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var





