Ölkə

Qərbi Azərbaycan İcması Simonyanı ifşa etdi

24 Noyabr 2023 11:45
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər Ermənistan rəsmiləri Avropa İttifaqının səfirləri ilə görüşmək üzrə yarışa çıxmışlar. Ermənistan Parlamentinin spikeri, əksər hallarda danışdığı sözün mahiyyətini dərk etməyən Alen Simonyan isə lap "uzağa gedərək" Azərbaycanı Avropa İttifaqı tərəfindən təklif edilən görüşlərdə iştirak etməməkdə, hərbi ambisiyada ittiham edib.

Milli.Az-ın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilir.

Əgər Ermənistan həqiqətən sülhdə maraqlıdırsa, onda nə üçün sülh müqaviləsinə dair Azərbaycanın təkliflərinə cavabını 2 ay yarım yubadıb? Əgər Ermənistan həqiqətən sülh istəyirsə, onda nəyə görə başda Fransa olmaqla bir sıra ölkələrdən silah alır? Sülh istəyən ölkə nəyə görə regiondan kənar qüvvələri bölgəyə gətirmək istəyir.

Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistan ucuz şou, qarayaxma ilə məşğul olmamalı, sülh üçün real və səmimi addımlar atmalıdır. "Timsah göz yaşları", özünü yalandan "demokratik" ölkə kimi sırımaq Ermənistana kömək etməyəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.