Ölkə

Restoranlarda BİABIRÇILIQ: Axşamdan qalan qidalar növbəti gün toy məclisində... - VİDEO

9 Noyabr 2023 21:40
Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Toylarda bəzi qidalar var ki, hətta fərqli günlərdəki bir neçə məclisdə təklif olunur. Belə ki, axşamdan qalan qidalar növbəti gün keçirilən toy məclisində təzəymiş kimi süfrəyə qoyulur.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bəzi vətəndaşlar restoranlarda verilən yeməklərin keyfiyyətsiz olduğunu iddia edir.

Qida eksperti Məhsəti Hüseynova da bildirir ki, bəzi qidalar hətta bir neçə toyda təklif olunur. Bununla yanaşı, bişirilən yeməklərin keyfiyyəti də bir çox hallarda sual altında olur. Yemək ucuz başa gəlsin deyə ona əlavə qatqılar qatılır.

Eskpert onu da bildirib ki, kütləvi məclislərdə salat yemək ümumiyyətlə tövsiyyə edilmir.

Məhsəti Hüseynovanın sözlərinə görə, insanların kütləvi olduğu məclisləri aidiyyəti qurumlar yoxlamalıdır. Bununla yanaşı, müəssisənin özünün keyfiyyətə və saxlanma şəraitinə nəzarət edə biləcək şöbəsi olmalıdır. Əks halda zəhərlənmə halları baş verə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.