Ölkə

Zəngilanda ağır qəza - ölən və yaralananlar var

5 Noyabr 2023 18:15
Baxış: 1 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəngilanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ağalı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili ilə qoşqulu "Kamaz" markalı yük maşını toqquşub.

Qəza zamanı minik avtomobilinin sərnişinlərindən bir nəfəri hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlar minik avtomobilinin sürücüsü Emin İbarahimov və sərnişinlər - Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı şəxslərdir.

Qeyd edək ki qəza düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən şirkətlərin birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.