Ölkə

Yeni "Volvo" polis maşınları bu ərazilərdə sürüləcək - FOTO

1 Noyabr 2023 12:12
Baxış: 3 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, yol polisinin xidmətinə verilməsi üçün yeni "Volvo S90" modelli avtomobillər alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu avtomobillər Bakıdan kənarda, əsasən magistral yollarda istismar ediləcək. Belə ki, "Volvo S90" model yeni xidməti avtomobillər Baş Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti Alayının balansına verilib.

Qeyd edək ki, Azərbaycanda BMW markasından sonra patrul avtomobilləri "Mercedes" markasına qismən keçid etmişdi. Həmçinin "Hyundai" və KİA-nın bəzi modelləri də xidməti avtomobil kimi istifadə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.