Ölkə

Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqəsi ilə bağlı yenilik

31 Oktyabr 2023 14:17
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Qərbi Azərbaycan ərazisində Azərbaycan toponimlərinin adını dəyişdirməklə Azərbaycanın izini itirməyə çalışıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Milli Məclisdə "Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması yaradılıb və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında əsas məsələlərdən bir də bizim adların bərpasıdır.

"Biz torpaqlarımıza qayıdacağıq, bunun alternativi yoxdur və bizim tələbimiz Ermənistan hökumətindən tələbimiz ondan ibarətdir ki, həmin ərazilərdə bizim tarixi toponimlərimiz bərpa olunmalıdır. Qərbi Azərbaycan Konsepsiyası həyata keçiriləcək. Artıq toponimlərimizin bərpa eilməsinə başlanılıb. ASAN xidmət vasitəsilə Qərbi Azərbaycan əsilli insanlara şəxsiyyət vəsiqələri veriləndə onların doğulduğu kəndlərin tarixi adları bərpa olunur. Biz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını həyata keçirəcəyik. Bu beynəlxalq hüquqa söykənən bir məsələdir və öz doğma torpağında yaşamaq hər bir insanın hüququdur", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.