Ölkə

Narkotikin təsiri altında avtomobil idarə etdi - axırı yaxşı olmadı

28 Oktyabr 2023 12:42
Baxış: 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü tutulub.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda "Ford transit" markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Sürücü Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.