Sevgilisi olan yaşlı qadının evini satdırıb, pulunu oğurladı, “Topaz”da uduzdu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Valeri Qarayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Milli.Az pravda.az-a istinadən xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, 1986-cı il təvəllüdlü Valeri Qarayev tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi 1 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək olan müddət ərzində Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yerləşən evdə sosial şəbəkədə tanış olub xəstəliyinə görə qulluq etdiyi zərərçəkmiş, 1950-ci il təvəllüdlü Larisa Həsənovanın (şərti) 40 000 manat pulunu evin yataq otağındakı dolabdan hissə-hissə oğurlayıb.
Məhkəmədə Valeri Qarayev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Larisa Həsənova ilə 2019-cu ilin sonlarında sosial şəbəkədə tanış olub, onla qadının Yasamaldakı evində ər-arvad kimi yaşamağa başlayıb. Daha sonra o, qadının Bakıdakı evini satıb, Xırdalana köçüblər. Larisə Valeriyə kreditə "Toyuta Prius" markalı avtomobil alıb. Sonra təqsirləndirilən şəxs maşının kreditini ödəyə bilməyib. Qadın 2021-ci ilin sentyabr ayında insult keçirib və yataq xəstəsi olaraq yeriyə bilməyib və Valeri də ona baxmağa başlayıb.
Valeri Qarayevin sözlərinə görə, 2022-ci ilin yayında Larisa ilə qərara gəliblər ki, həmin evi satıb bir az ucuz qiymətə ev və bir maşın da alsınlar. Onlar həmin evi 40 000 manata satıblar, qadın da evin pulunu yataq otağında yatdığı çarpayının yanında olan dolabda saxlayıb. Daha sonra Valeri həmin pulları hissə-hissə oğurlayaraq, "Topaz"da uduzub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var





