Ölkə

Avropa Parlamentinin qətnaməsi ilə bağlı Bəyanat qəbul edildi

6 Oktyabr 2023 11:57
Baxış: 1 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclis Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bəyanatda bildirilib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi ikili standartların təzahürüdür.

Bildirilib ki, Milli Məclis bu qətnaməyə qəti etirazını bildirir. Sözügedən qətnamə Fransadan olan islamafob deputatların fikri əsasında hazırlanıb.

Bu qətnamənin qəbul edilməsi separatizmə açıq dəstək verməkdir. Fransa Cənubi Qafqazda sülh və təhlükəsizlik yolunda əngəldir. Xarici siyasəti iflasa uğrayan Fransanın özünün yeni mənfur müstəmləkəçilik siyasətini Cənubi Qafqazda tətbiq etməyə çalışması səlibçi siyasətinin təzahürüdür.

Bu qətnamə Avropa Parlamentinin Cənubi Qafqaz siyasətini təhlükəyə atır.

-------

11:24


Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını hazırlamaq üçün komissiya yaradılması təklif olunub.

Milli.Az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib.

Sədr bildirib ki, Nizami Səfərov Komissiyanın sədri, Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev, Razi Nurullayev isə komissiyanın üzvləri olsun.

-------

09:50


Milli Məclis Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məsələ parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.