Ölkə

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? - Rəsmi cavab

4 Oktyabr 2023 17:02
Baxış: 4 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 19-dan etibarən Azərbaycanda "Tiktok"a giriş məhdudlaşdırılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, sosial platformanın istifadəsinə qoyulan qadağa aradan götürülməyib.

Yaranmış vəziyyət ölkəmizdə on minlərlə "Tiktok" istifadəçini narahat edir. Bəs, görəsən platformaya yenidən giriş nə vaxt təmin olunacaq?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etdik.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə açıqlamasında bildirib ki, "Tiktok"a giriş məhdudiyyəti ilə bağlı qərarda hər hansı bir dəyişiklik yoxdur:

"Hazırda "Tiktok"a giriş məhdudiyyəti ilə bağlı tətbiq edilən qanun qüvvədədir. Qərarda hər hansı bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Azərbaycanda "Tiktok"a girişin qadağan edilməsi ilə bağlı ilk məlumatı texnobloqer Fərid Pərdəşünas feysbuk hesabında paylaşıb. 

"Hərbi məlumatlarının yayılmasının qarşısını almaq məqsədilə "TikTok" platformasına giriş müvəqqəti olaraq məhdudlaşdırılır"- deyə Pərdəşünas  məlumatda qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.