Ölkə

“Avrora” MMC-də qanvermə aksiyası keçirildi - FOTO

21 Sentyabr 2023 15:45
Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Avrora" MMC-nin mərkəzi ofisində könüllü qanvermə aksiyası keçirilib. Avrora Qrup və Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada şirkətin istehsal, ofis və satış əməkdaşları iştirak edib.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.

Qeyd edək ki, qanvermə aksiyası zamanı əldə edilən qan talassemiya və hemofiliya xəstəliyinə görə müalicə olunan uşaqlara göndəriləcəkdir.

#bizbirlikdəgüclüyük #mükəmməllikmümkündür #AvroraMMC #AvroraQrup

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.