Ölkə

DİN əhaliyə çağırış etdi

19 Sentyabr 2023 17:38
Baxış: 1 764

Əhalimizi dezinformasiya xarakterli məlumatlardan çəkinməyə çağırırıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi brifinqində deyib.

O qeyd edib ki, "Tiktok" platformasının fəaliyyəti məhdudlaşdırılıb.

"Ona görə ki, təhdilər var idi, dezinformasiyalar yayılırdı. Düşmən bizə qarşı təkcə silahdan istifadə etmir, sosial şəbəkə seqmentlərindən də istifadə edirdilər, dezinformasiyalar yayırlar. Hər bir azərbaycanlı diqqətli və məsuliyyətli olmalıdır. Yalnız dövlət qurumları tərəfindən verilən məlumatlara inanmalıdır", - deyə E.Hacıyev əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics