Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında Assosiasiyanın vitse-prezidenti seçilib.
Milli.Az xəbər verir ki, iclasda çıxış edən Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ombudsman təsisatlarının mühüm rolunu vurğulayıb.
O, AOA-nın Asiya qitəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin edilməsi sahəsində mühüm addımlar atdığını, həmçinin insan hüquqlarının qorunması və təşviqində mühüm rol oynayan ortaq dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərən ombudsman təsisatlarını birləşdirdiyini vurğulayıb.
Azərbaycan ombudsmanının çıxışı zamanı toxunduğu əsas mövzulardan biri AOA tərəfindən ombudsman təsisatları arasında yaradılmış səmərəli dialoq və şəbəkələşmə platforması olub. Səbinə Əliyeva bu Assosiasiyanın insan hüquqlarının müdafiəsi istiqamətində yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. O, çıxışının sonunda Assosiasiya üzvlərini insan hüquqlarının müdafiəsi sahəsində əldə etdikləri qabaqcıl təcrübələri bölüşməyə, həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsində bir-birinə dəstək verməyə dəvət edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ruzbeh Gülümov vəzifəsindən ayrılıb
-
Ərdoğan da Bişkekdədir
-
Təlim zamanı ayı xidmətçiyə hücum etdi – (Video)
-
Putin və Si Cinpin görüşdü
-
Bakıda restoranda iki qardaşı bıçaqlayan şəxsə hökm verildi
-
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib
-
Nepalda ölənlərin sayı 919-a çatdı
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər
-
Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama
-
Bakıda endirim izdihamı müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər
-
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi
-
"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır - (Foto)
-
"Sabah"la oyunöncəsi "Borussiya Dortmund"a ağır zərbə: Yeni transfer sıradan çıxdı
-
Bakı dünya rəqsinin paytaxtına çevrilir: Olqa Krasnyanskaya yubiley “Azerbaijan Dance Festival” barədə danışdı - (Video)
-
Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - (Foto)
-
“Qəbələ” baş məşqçisi ilə yollarını ayırdı
-
Naxçıvanda yaşayış binasında yanğın oldu - (Video)
-
Banklardakı əmanətlər niyə artır? - 3 əsas səbəb açıqlandı
-
Bakıda 58 yaşlı kişi aptekdə öldü
-
Qaradağda anbardan 70 min manatlıq telefon və aksesuar oğurlanıb.
-
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
Milyonlarla izləyicisi olan fenomen Hüseyn Məmmədoğlunun ifasını paylaşdı - (Video)
-
İlk dəfə ağ İber vaşağı belə görüntülənib – (Foto)





